İsveç milli komandasının qapıçısı Robin Olsen AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan (16 noyabr) və Estoniya (19 noyabr) komandalarına qarşı keçiriləcək oyunlardakı hədəflərindən danışıb.
Sportal.az “Dagens Nyheter” portalına istinadən xəbər verir ki, təcrübəli qolkiper qarşıdakı oyunlarda komandanın baş məşqçisi üçün oynayacaqlarını söyləyib:
"Yanne Anderssonun baş məşqçi postunu tərk etməsinə təəssüflənirəm? Bəli. Çünki bu, xüsusi məqamdır. Bizim edə biləcəyimiz son oyunlarda qalib gəlmək və onun üçün yaxşı final hazırlamaqdır. Azərbaycan və Estoniya ilə görüşlərdə Yanneyə qələbə hədiyyə etmək istəyirik”.
saytlarin hazirlanmasi