Rusiya millisinin məşqçisi: "Lunyov özü "Bayer"ə qarşı oynamaq istəyirdi"

09:18 - 16 Noyabr 2023

Rusiya millisinin qapıçılarla çalışan məşqçisi Vitali Kafanov “Matç TV”yə danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin yerli mətbuata açıqlamasında bəlli olub ki, o, Lunyovun Avropa Liqasının Bakıda “Bayer”ə qarşı (0:1) keçirilmiş görüşündə oynamasını istəmirmiş:

“Andrey “Qarabağ”da bir neçə çempionat matçını çox yaxşı keçirdi. İlk görüş heç-heçə oldu, bu da ilk tanışlıq idi. “Qəbələ”yə qarşı azlıqda oynadılar və Andrey bu oyunu çıxardı. “Neftçi” ilə matç da prinsipialdır. Avropa Liqasında da yaxşı performans göstərdi. Andrey qüsursuz göründü və klubunda mühüm rol oynadı. Genişləndirilmiş siyahıdan əvvəl o, on gün məşq etmirdi, “Bayer”lə matçı da buraxmasını istəyirdim. Lakin Lunyov həqiqətən özü də oynamaq istəyirdi. Həkimlər onun “Bayer”ə qarşı oynayacağını bildirmişdilər. Təəssüf ki, zədə aldı, amma onunla əlaqə saxlayırıq. 10 gün olmayacaq, sonra yenidən oynayacaq. Biz xaricdəki bütün qapıçıları izləyirik".
 

Xəbər xətti