Millinin qapıçısı vəfat etdi

10:18 - 16 Noyabr 2023

Zimbabve millisinin keçmiş qapıçısı Corc Çiqova 32 yaşında vəfat edib.

Sportal.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun son illərdə çıxış etdiyi Cənubi Afrikanın “SuperSport Yunayted” klubunun mətbuat xidməti yayıb. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Qapıçı millinin heyətində 32 oyun keçirib.

Bu klublarla yanaşı o, ölkəsində “Dinamos” və Cənubi Afrikada “Polokvane”nin qapısını qoruyub.
 

Xəbər xətti