AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan və İsveç milli komandaları arasında Bakıda keçiriləcək qarşılaşmanın baş hakimi Ester Ştaubli üçün xüsusi olacaq.
Sportal.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, o, kişilər arasında Avropa çempionatının seçmə turnirində oyun idarə edəcək ilk isveçrəli hakim kimi tarixə düşəcək. Bu isə İsveç mətbuatının gündəmini zəbt edib.
Azərbaycan - İsveç oyunu noyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:00-da start veriləcək.