Argentinalı forvard "İnter"də qalacaq

15:18 - 16 Noyabr 2023

Argentina millisinin hücumçusu Lautaro Martinez tezliklə "İnter"lə müqavilə müddətini artırmağa razılaşıb.

Sportal.az xəbər verir ki, ona bir çox klubdan təklif gəlsə də, sonda "nerazzura"nı tərk etməmək qərarına gəlib. Bu barədə futbolçunun agenti məlumat verib:

"Hiss edirəm ki, biz "İnter"də yeni müqavilə ilə bağlı razılığa gələcəyik. Hər iki tərəf üçün çox yaxşı anlaşma olacağını düşünürəm. Lautaro 100% “İnter”dəki çıxışına köklənib".

26 yaşlı forvard 2018-ci ildə "Rasinq"dən (Argentina) "İnter"ə keçib və onun hazırkı klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti