"İsveç yaxşı komandadır, birinci oyunda da bizə gücünü göstərmişdi"

16:17 - 16 Noyabr 2023

"İsveçlə matçı da digərlərini olduğu kimi səbirsizliklə gözləyirəm. İstəyirəm ki, millimiz gözəl oyunla yanaşı, nəticə də qazansın".

Bu sözləri Sportal.az saytına açıqlamasında Saşa Yunisoğlu deyib.

Yığma komandamızın veteran futbolçusu bu gün millimizin AVRO-2024-ün seçmə mərhələsinin İsveçə qarşı keçirəcəyi görüşdən gözləntisini bölüşüb:

"İsveç yaxşı komandadır, birinci oyunda da bizə gücünü göstərmişdi. Lakin həmin oyundan qabaq hələ millimiz oturuşmamışdı, səfər görüşünə çıxmışdıq. Həm də, ilk matçımız idi. Həyəcan, təcrübəsiz oyunçular oynayırdı. Bunlar hamısı acınacaqlı nəticəyə gətirib çıxarmışdı. İndi isə düşünürəm ki, vəziyyət fərqlidir. Millimiz artıq öz gücünü bilir, İsveçin gücündən də xəbərdardır. Son oyunlarda da yığmamız pis futbol oynamırdı. Bu görüşdə də qalib gəlsək, qrupu üçüncü yerdə başa vurmaq şansımız yarana bilər. Ona görə, motivasiyamız da hazırdır. Millimiz matçı doğma divarlar arasında keçirəcək. Bu isə səfərdəki 0:5 hesablı məğlubiyəti unutdurmaq üçün gözəl fürsatdir. Millimizə uğurlar arzu edirəm. İnanıram ki, millimiz bu gün üç xal qazanacaq".

Qeyd edək ki, Azərbaycan - İsveç matçına 21:00-da start veriləcək.

Mirbağırağa

Xəbər xətti