"Bakıda heç vaxt olmamışam, halbuki, Mahaçqalada yaşayanda ora getmək imkanım yaranmışdı" - MÜSAHİBƏ

16:52 - 16 Noyabr 2023

Rusiyanın "Zenit" klubunun qapıçısı Mixail Kerjakov "Neftçi"yə qarşı keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli qolkiper jurnalistlərin suallarını cavablandırıb. 2013-2015-ci illərdə "Anji"nin də qapısını qorumuş 36 yaşlı qapıçı Bakıya gəlmək şansının əvvəllər də, olduğunu deyib. 

- Bu, 10 qat Rusiya çempionu ilə 9 qat Azərbaycan çempionunun ikinci oyunu olacaq. 3:1 hesabı ilə bitən oyunu necə xatırlayırsınız

- Yadımda deyil, mən onda tribunada oturmuşdum. Mənə elə gəlirdi ki, o vaxtı “Neftçi” ikinci hissədə fiziki cəhətdən bir az geriləmişdi. Kənardan belə görünürdü. Onların da hazırlıq dövrü idi və deyəsən fiziki hazırlıqları heç də yüksək səviyyədə deyildi. Amma bu da normaldır. Bəzi taktiki məqamlar barədə heç nə deyə bilmərəm. Düzünü desəm, xatırlamıram.

- Milli komandaların oyunlarına görə yaranmış fasilə zamanı “Zenit” yoldaşlıq görüşləri keçirməyi bu mövsüm ənənəyə çevirib. Bunu necə qarşılayırsız? 

- Düşünürəm ki, bu, yaxşıdır. Çünki birincisi, bu, yoldaşlıq oyunları olsa da, beynəlxalq təcrübədir. Üstəlik, avrokubokların olmaması səbəbindən vəziyyəti bir az dəyişə bilərik. Bundan əlavə, daha az oyun vaxtı alan uşaqlar məşq edə bilərlər.

- Bakıda nə vaxtsa olmusan? Yoldaşlıq oyunu olduğunu nəzərə alsaq, yəqin ki, paytaxtı təkcə avtobusun pəncərəsindən izləməyəcəksiz?

- Mən heç vaxt Bakıda olmamışam, halbuki, Mahaçqalada yaşayanda ora maşınla getmək imkanım var idi. Çünki bu iki şəhər bir-birinə yaxındır. Ancaq təəssüf ki, həmin imkandan yararlanmamışdım. Digər məsələyə gəlincə, əgər vaxtımız olsa, təbii ki, bəlkə harasa baş çəkərik, şəhəri gəzərik. Lakin Çox vaxtımızın olacağını düşünmürəm.

Mirbağırağa
 

Xəbər xətti