Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahət edən “Araz-Naxçıvan” məşqləri davam etdirir.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Bakı Olimpiya Stadionun ehtiyat meydanında gündə bir dəfə olmaqla hazırlıq keçir.
İsmail Azzaui fərdi məşq edir. Buna səbəb yarımmüdafiəçinin köhnə zədəsini yeniləməsidir.
Komandanın həkimi Anar Nəsibov onun 3 gündən sonra kollektiv məşqlərə qoşula biləcəyini bildirib.
saytlarin hazirlanmasi