"Mançester Yunayted"in keçmiş müdafiəçisi Qari Nevill "Arsenal"ın bu mövsüm perspektivlərini dəyərləndirib.
Sportal.az xəbər verir ki, “Liverpool Echo”ya danışan ingilis veteran futbolçu "topçular"ı çempionluğa daha şanslı hesab edib:
"Düşünürəm ki, Premyer Liqada “Arsenal” çempion olacaq. O qədər də yaxşı başlamasalar da, “topçular” ötən mövsüm onların ifasında gördüyümüz oyunu oynayacaq. Mövsümə bir az pis başlamaları heç də uğursuzluq demək deyil. “Mançester Siti”dən o qədər də geri qalmırlar. “Arsenal”la bağlı məni narahat edən mərkəz hücumçu mövqeyidir: Qabriel Xesus və Eddi Nketinı bəyənirəm, amma mənim üçün onlar iki və üçüncü variantdır. Əsas hücumçu olmalıdır".
Qeyd edək ki, "Arsenal" 27 xalla birinci pillədəki "Mançester Siti"dan bir xal geridə qalaraq üçüncü pilləni tutur.
saytlarin hazirlanmasi