Azərbaycan milli komandasının iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Belçika yığmasına qarşı keçiriləcək görüşü buraxacaq.
Sportal.az xəbər verir ki, İsveçə qarşı dünənki matçda meydandan qovulan müdafiəçi Bəhlul Mustafazadə və sarı vərəqə limitini dolduran Ramil Şeydayev bazar günü keçiriləcək oyunda milliyə kömək edə bilməyəcək.
Belçika - Azərbaycan matçı noyabrın 19-da Brüsseldəki “Rua Boduen”stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
saytlarin hazirlanmasi