"Zenit"in baş məşqçisi Sergey Semak Rusiya futbolunun gələcəyindən danışıb.
Sportal.az xəbər verir ki, “СПОРТ-ЭКСПРЕСС”ə açıqlama verən rusiyalı mütəxəssis sabah “Neftçi”yə qarşı Bakıda keçiriləcək yoldaşlıq görüşünə də toxunub:
"Düşünürəm ki, yaxın gələcəkdə biz idmanda çox dəyişikliklər görəcəyik. Şənbə günü Azərbaycanda “Neftçi” ilə oynayacağıq. Ondan əvvəl İran, Türkiyə, Qazaxıstanda olmuşuq. Ola bilsin ki, Braziliya klubları Sankt-Peterburqa gəlsin. Şadam ki, turnirlər və yoldaşlıq oyunları təşkil etmək imkanımız var".
Qeyd edək ki, “Neftçi” – “Zenit” matçı sabah “Neftçi Arena”da keçiriləcək və görüşə 21:00-da start veriləcək.
saytlarin hazirlanmasi