"Brentford" hücumçusu İvan Tonini komandada saxlamaq istəyir.
Sportal.az "Talksport"a istinadən xəbər verir ki, klub "Arsenal" və "Çelsi"nin marağına baxmayaraq, 27 yaşlı futbolçunun müqaviləsini artıra biləcəyindən əmindir.
“Brentford” belə olan halda, Tonini adıçəkilən klublara daha sərfəli şərtlərlə satmağı planlaşdırır. Tərəflər arasında ilkin razılıq əldə edilib. 27 yaşlı futbolçu “Northampton”, “Nyukasl”, “Barnsli”, “Şresbari”, “Viqan”, “Peterboro”da oynadıqdan sonra 2020-ci ildə “Brentford”a keçmişdi.
O, bu il İngiltərə millisində də debüt edib.
saytlarin hazirlanmasi