Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
Sportal.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu AVRO-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə (0:2) matçında qol vurmağı bacarıb.
Belədə, Ronaldo 38 yaşında millinin heyətində 10 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Hücumçu cari seçmə mərhələnin bombardirlərindəndir. Belçika millisinin forvardı Romelu Lukakunun da aktivində 10 qol və 1 məhsuldar ötürmə var.
saytlarin hazirlanmasi