İspaniya millisinin sabiq üzvü bu klubda qala bilər

22:39 - 17 Noyabr 2023

"Betis" yarımmüdafiəçisi İsko ilə müqavilə müddətini artırmaq istəyir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, adıçəkilən klub ona yeni müqavilə təklif edib.

Belə ki, İsko razılaşarsa, 2026-cı il iyunun 30-na qədər “Betis”ə məxsus olacaq.

İspaniya millisinin sabiq üzvünün hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi Sevilya təmsilçisinin heyətinə iyulda qoşulub. O, karyerası ərzində “Valensiya”, “Malaqa”, “Real”da çıxış edib.

Xəbər xətti