Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentinaya qarşı keçiriləcək matç öncəsi itki ilə qarşılaşıb.
Sportal.az “Globo Esporte”yə istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Vinisius Junior noyabrın 21-də Rio-de-Janeyroda baş tutacaq oyunda iştirak edə bilməyəcək.Müayinənin nəticələrinə əsasən, hücumçunun sol budunun əzələsində zədə aşkarlanıb.
Buna görə də, o, “Real”ın düşərgəsinə qayıdaraq, müalicəsini orada davam etdirəcək.Vinisius noyabrın 16-da Kolumbiyaya qarşı keçirilmiş görüşün (1:2) birinci hissəsinin yarısında əvəzlənib. Braziliya millisi seçmə turnirin beş oyununda yeddi xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi