Mərakeş millisinin sabiq kapitanı Mehdi Benatia "Marsel"in idman direktoru təyin olunacaq.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.
Gələn həftənin əvvəlində bütün lazımi sənədlərin imzalanacağı gözlənilir. Peşəkar karyerasına "Marsel"də başlamış Mehdi "Loryen", "Udineze", "Roma", "Bavariya", "Yuventus", "Əl-Duhail", "Fatih Karagümrük" klublarında oynayıb. O, 2008-2019-cu illərdə Mərakeş millisinin üzvü olub.
saytlarin hazirlanmasi