"Neftçi"nin müdafiəçisi Azər Əliyev bu gün Bakıda "Zenit"ə qarşı keçiriləcək yoldaşlıq görüşü ilə bağlı gözləntilərini bölüşüb. Sportal.az xəbər verir ki, "Матч ТВ"yə danışan Əliyev bunları deyib:
"Zenit"lə oyundan gözləntilərim yaxşıdır. Güclü rəqibə qarşı oynamaq həmişə xoşdur. Onlar Çempionlar Liqası səviyyəsində olan komandadır. Mən hələ Rusiya Premyer Liqasında çıxış edəndə, onlara qarşı oynamaq maraqlı idi".
- "Neftçi"nin Sankt-Peterburq səfərindən sonra “Zenit”in indi Bakıya gəlməsini necə şərh edərdiz?
- Bu, hər iki komanda üçün yaxşıdır. “Zenit” üçün bu, xarici klublarla oynamaq, bizim üçün isə güclü rəqiblə qarşılaşmaq deməkdir. Yayda, biz Sankt-Peterburqda mövsümöncəsi yaxşı turnirdə iştirak etdik. Klubların bu istiqamətdə əməkdaşlıq eteməsi yaxşıdır.
- "Zenit"i stadionda necə qarşılama gözləyir?
- Ümid edirəm ki, mümkün qədər çox azarkeş gəlib oyundan həzz alacaq.
Qeyd edək ki, “Neftçi Arena” stadionunda keçiriləcək “Neftçi” – “Zenit” matçına saat 21:00-da start veriləcək.