"Real"ın sabiq yarımmüdafiəçisi Royston Drenthe aktiv futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, onun son klubu Niderland ikinci divizionunda çıxış edən "Kozakken Boyz" olub.
36 yaşlı niderlandlı “Feyenoord”, “Real”(Madrid), “Herkules”, “Everton”, “Alaniya”(Vladiqafqaz), “Ridinq”, “Kayseri Erciyesspor”, “Baniyas” “Mursiya” klublarında oynayıb.
Drente həmçinin Niderland millisində bir matçda meydana çıxıb.