İsveç millisinin hücumçusu Viktor Qyekereş AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunu barədə danışıb.
Sportlal.az xəbər verir ki, isveçli forvard Bakıdakı 0:3 hesablı məğlubiyyətə görə məyus olduğunu gizlətməyib:
"Bu, sadəcə fəlakət idi, baş verməməli idi. İlk altı dəqiqədə iki qol vurdular və bundan sonra mübarizə aparmaq kifayət qədər çətin oldu. Kifayət qədər yaxşı oynamadıq və qol şansı yaratmadıq. Belədə, uduzduq".
25 yaşlı forvard "Brommopoykarna", "Brayton", "Sankt-Pauli", "Suonsi", "Koventri"də oynadıqdan sonra 2023-cü ildə "Sportinq"(Lissabon) klubuna keçib.
saytlarin hazirlanmasi