Qırğızıstandakı azərbaycanlı: "Çempionatın səviyyəsi Azərbaycan birinci divizionundan üstündür"

12:19 - 19 Noyabr 2023

Qırğızıstan çempionatında yarışan "Calal-Abad" klubunun qapısını qoruyan Elməddin Məmmədov Sportal.az saytına açıqlama verib.

O, başa çatan liqa haqda danışıb. Bununla yanaşı, Qırğızıstan və Azərbaycan liqalarını müqayisə edib:

"Bəli, Qırğızıstanda artıq liqa başa çatdı. Turnir cədvəlində beşinci yeri tuta bildik. Məncə, daha da yaxşısını edə bilərdik. Heyf ki,məğlubiyyətlər buna imkan vermədi. Hər halda, ölkə kubokunu qazandıq. Bu da pis nəticə deyil. Komanda ilk dəfə idi ki, Premyer Liqada oynayırdı. Qırğızıstan və Azərbaycan çempionatlarını müqayisə etsəm, məncə, bizim liqadan aşağıdır. Ancaq Azərbaycan birinci diviziondan üstündür. Fərq stadionlardadır, stadionlardadır. Orada stadionlar yaxşı vəziyyət deyil".

Məmmədov, karyerasına harada davam etdirəcəyi ilə bağlı da fikirlərini söyləyib:

"Azərbaycan pasportu ilə qapıçı kimi komanda tapmaq çətindir. Asiyada klublar legioner qapıçıya üstünlük vermir. Hətta bir çox liqalarda legioner qapıçının oynaması qadağandır. Avropaya Qırğızıstan liqasından yollanamaq isə çox çətindir. Qalır, bircə keçmiş sovet ölkələrində oynamaq. Qazaxıstanın birinci divizion klublarından təklif var idi, izləyirdilər məni. Necə olacağını zaman göstərəcək".

Mirbağırağa

Xəbər xətti