"Atletiko"nun müdafiəçisi "Fənərbaxça"ya keçə bilər

11:14 - 20 Dekabr 2023

"Fənərbaxça" qış transfer pəncərəsi zamanı müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təçmsilçisinin əsas hədəfi "Atletiko"da çıxış edən Stefan Saviçdir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

32 yaşlı mərkəz müdafiəçisibnin meneceri transfer danışıqları aparmaq üçün İstanbula gedib.

Stefan Saviç cari mövsümdə "Atletiko"nun heyətində 12 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti