"Arsenal" qış transfer pəncərəsi zamanı müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisinin əsas hədəfi "Sportinq"də çıxış edən Qonçalo İnasiodur. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
İngiltərə klubu Portuqaliya millisinin üzvü üçün lissabonlulara 52 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, Qonçalo İnasio "Sportinq"in yetirməsidir. 22 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi