"Barselona" sabiq futbolçusunu qaytarmaq istəyir

20:50 - 26 Dekabr 2023

"Barselona" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Fiorentina"da çıxış edən Yerri Mina ilə maraqlanır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspaniya klubu 29 yaşlı mərkəz müdafiəçisi üçün Florensuya təmsilçisinə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Yerri Mina mövsümün əvvəlindən "Fiorentina"da çıxış edir. Kolumbiya millisinin üzvü cari mövsümdə İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Təcrübəli arxa xətt oyunçusu 2018-ci ildə "Barselona"da çıxış edib.

Xəbər xətti