"Beşiktaş" və "Fənərbaxça"nın sabiq futbolçusu Jozef De Souza karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu dəfə İstanbulun digər klubunda çıxış edəcək.
34 yaşlı orta xətt oyunçusu "Başakşehir"lə anlaşıb. Bu barədə "Sabah" nəşri məlumat yayıb. Təcrübəli futbolçu yeni klubu ilə 1,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Jozef De Souza 2015-2018-ci illərdə "Fənərbaxça"da, 2020-2023-cü illərdə isə "Beşiktaş"da çıxış edib.
saytlarin hazirlanmasi