"Qalatasaray" Polşa millisinin üzvünü transfer etmək istəyir

16:59 - 27 Dekabr 2023

Anxelinyo ümidləri doğrultmadığı üçün "Qalatasaray" heyətini yeni sol cinah müdafiəçisi ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Polşanın "Yaqelloniya" klubunda çıxış edən Bartlomiej Vdoviklə maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" qış transfer pəncərəsi zamanı 23 yaşlı futbolçu üçün Belostok təmsilçisinə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Yaqelloniya" Bartlomiej Vdoviki 2020-ci ilin yanvar ayında "Odra Opole"dən transfer edib. Polşa millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti