"Viktoriya"nın hücumçusu Bundesliqa klubunda

18:50 - 27 Dekabr 2023

Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi Çexiya "Viktoriya"sından Rafiu Durosinmini transfer edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Bundesliqa klubu 20 yaşlı hücumçu üçün Plzen təmsilçisinə 9 milyon avro təzminat ödəyəcək. Futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafiu Durosinmini mövsümün əvvəlində "Karvina"dan transfer edib. Nigeriyalı forvard komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti