"Mançester Siti"nin futbolçusu Kalvin Filips qış transfer pəncərəsi zamanı komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçinin xidmətində "Nyukasl" maraqlıdır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Sağsağanlar"ın baş məşqçisi Eddi Hou 28 yaşlı oyunçunun keçidində israrlıdır. "Nyukasl" təcrübəli futbolçunu yanvar ayında icarəyə götürəcək.
Qeyd edək ki, "Mançester Siti" Kalvin Filipsi 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi