Məşhur qapıçı ABŞ klubuna keçir

21:51 - 28 Dekabr 2023

"Tottenhem"in qapıçısı Huqo Lyoris komandadan ayrılmağa yaxındır.

Sportal.az xəbər verir ki, fransalı qolkiperin karyerasını ABŞ-da davam etdirəcəyi gözlənilir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

37 yaşlı futbolçu "Los Anceles"lə razılıq əldə edib. Klubların arasında da anlaşma olduğu bildirilir.

Qeyd edək ki, "Tottenhem" Huqo Lyorisi 2012-ci ilin yayında "Lion"dan transfer edib. Təcrübəli "əlcək sahibi" cari mövsümdə komandanın heyətində rəsmi matçlarda iştirak etməyib. Onun klubla müqaviləsi mövsümün sonunda bitir.

Xəbər xətti