Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Yunus Belhanda ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayılb.
33 yaşlı mərakeşli futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib
Yunes Belhanda 2021-ci ilin yayından “Adana Demirspor”da çıxış edirdi. 33 yaşlı futbolçu “mavi şimşəklər”in heyətində keçirdiyi 74 rəsmi matçda 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi