İspaniyanın “Barselona” klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi “Jirona”da çıxış edən Aleiş Qarsiyadır. Bu barədə Cerard Romero öz tvitter hesabında məlumat yayıb.
26 yaşllı yarımmüdafiəçinin klubu ilə müqaviləsində 20 milyon avroluq sərbəstqalma maddəsi var. “Barselona” ispan oyunçunu daha aşağı məbləğə transfer etmək üçün danışıqları davam etdirir.
Qeyd edək ki, “Jirona” Aleiş Qarsiyanı 2021-ci ilin yayında “Eybar”dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi