"Tottenhem"in qapıçısı MLS klubunda - RƏSMİ

11:48 - 31 Dekabr 2023

"Tottenhem" qapıçısı Huqo Lyorislə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 37 yaşlı qolkiperin yeni komandası da bəlli olub.

Fransa millisinin üzvü karyerasını ABŞ-də davam etdirəcək. Təcrübəli futbolçu "Los Anceles"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lyoris MLS təmsilçisi ilə 1+2 illik müqavilə imzalayıb.

Xəbər xətti