Merih Demiral Səudiyyə Ərəbistanının "Əl Əhli" klubundan ayrılmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, zədələrdən əziyyət çəkən futbolçunun Səudiyyə Ərəbistanı karyerası uğurlu başlamayıb. 25 yaşlı müdafiəçi yenidən İtaliyaya qayıtmaq istəyir.
Türkiyə millisinin üzvünün xidmətində "Napoli" maraqlıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Merih Neapol təmsilçisinin təklifinə isti yanaşır. Transferin qış fasiləsində reallaşması gözlənilir.
Qeyd edək ki, "Əl Əhli" Merih Demiralı bu ilin avqust ayında "Atalanta"dan transfer edib. O, Asiya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi