"Trabzonspor"un qapıçısı "Roma"ya keçə bilər

14:52 - 1 Yanvar 2024

“Trabzonspor”un qapıçısı Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 27 yaşlı qolkiperin xidmətində “Roma” maraqlıdır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

Türk qapıçı hazırda 35 yaşı olan Rui Patrisionun əvəzləyicisi kimi düşünülür.

Qeyd edək ki, Uğurcan Çakır “Trabzonspor”un yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti