"Mançester Yunayted" De Xeanı qaytarmaq istəyir

17:13 - 1 Yanvar 2024

“Mançester Yunayted” David De Xeanı yenidən komandaya qaytarmaq istəyir.

Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” Andre Onana Afrika Millətlər Kubokunda iştirak edəcəyi üçün bu addımı atmağı planlaşdırır. Məlumatı “Mirror” nəşri yayıb.

Premyer Liqa təmsilçisi ispan qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalamaq niyyətindədir. 32 yaşlı “əlcək sahibi”nin təklifə necə reaksiya verəcəyi bilinmir.

Qeyd edək ki, David De Xea 2011-2023-cü illər ərzində "Mançester Yunayted"də çıxış edib. O, bu ilin iyun ayından klubsuzdur.

Xəbər xətti