"Qalatasaray"ın hücumçusu Mauro İkardi komandadan ayrılan bilər.
Sportal.az xəbər verir ki, argentinalı forvardın karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı var. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Əl İttihad" və "Əl Əhli" 30 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, Mauro İkardi cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi