Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" əsas oyunçusunu itirə bilər.
Sportal.az xəbər verir ki, Poruqaliya təmsilçisinin hücumçusu Simon Banza komandadan ayrıla bilər. Bu barədə yerli mətbuat məlumat yayıb.
Konqolu forvardın xidmətində "Benfika" maraqlıdır. Transfer yanvar ayında gerçəkləşə bilər.
Qeyd edək ki, "Braqa" Simon Banzanı mövsümün əvvəlində "Lans"dan transfer edib. 27 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Portuqaliya çempionatının bombardiridir.
saytlarin hazirlanmasi