"Zenit" braziliyalı müdafiəçi transfer etdi

20:29 - 5 Yanvar 2024

Rusiyanın "Zenit" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi "Fluminense"dən Ninonu rənglərinə bağlayıb. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Zenit" braziliyalı mərkəz müdafiəçisi ilə 4,5 illik müqavilə imzalayıb. Ruslar bu transfer üçün Braziliya klubununa 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Fluminense" Ninonu 2019-cu ilin fevral ayında "Krisiuma"dan transfer etmişdi. 26 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 239 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti