"Arsenal" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Milan"da çıxış edən Fikayo Tomorinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Topçular" 26 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubu ilə danışıqlara start verəcək.
"Mançester Yunayted" və "Bavariya" da Tomori ilə maraqlanır.
Qeyd edək ki, "Milan" Fikayo Tomorini 2021-ci ilin yanvar ayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin meydana çıxdığı 22 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi