İspaniyanın "Sevilya" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "İnter"dən Lusyen Aqumeni icarəyə götürüb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransa U-21 millisinin üzvü mövsümün sonuna kimi icarə əsasında "Sevilya"da çıxış edəcək. Əndəlus təmsilçisi yayda 8 milyon avro ödəyərək futbolçunu transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, "İnter" Lusyen Aqumeni 2019-cu ilin yayında "Soşo"dan transfer edib. 21 yaşlı yarımmüdafiəçi cari mövsümdə İtaliya A Seriyasında bir matçda meydana çıxıb.
saytlarin hazirlanmasi