19 yaşlı gürcü futbolçu A Seriyası klubunda

16:51 - 7 Yanvar 2024

Gürcüstanlı futbolçu Saba Qoqliçidze karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, Kutaisi "Torpedo"sunun müdafiəçisi "Empoli"yə keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Empoli" Gürcüstan U-21 millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Saba Qoqliçidze "Torpedo"nun yetirməsidir. 19 yaşlı mərkəz müdafiəçisi əsas komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti