"Roma"nın istəmədiyi futbolçu "Beşiktaş"a keçə bilər

15:35 - 8 Yanvar 2024

"Roma" PSJ-dən icarəyə götürdüyü Renato Sançesi vaxtından əvvəl komandadan göndərmək istəyir.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin məşqçilər korpusu portuqaliyalı yarımmüdafiəçinin performansından məmnun deyil.

Sançes karyerasını Türkiyədə davam etdirə bilər. "L’Equipe" nəşrinin məlumatına görə, "Beşiktaş" 26 yaşlı orta xətt oyunçusunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Qeyd edək ki, Renato Sançes "Roma"nın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti