İtaliya və İngiltərə klubları türk futbolçunu transfer etmək istəyir

14:38 - 9 Yanvar 2024

"Atletiko"nun müdafiəçisi Çağlar Söyüncü komandadan ayrıla bilər.

Sportal.az xəbər verir, türk futbolçunun xidmətində "Roma" və "Fulhem" maraqlıdır. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

İtaliya klubu 27 yaşlı mərkəz müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürmək istəyir. "Fulhem" isə 20 milyon avro ödəyərək oyunçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Çaglar Söyüncü mövsümün əvvəlində "Atletiko"ya azad agent statusu ilə keçib. Türkiyə millisinin üzvü Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti