Almaniyalı hücumçu "Tottenhem"də - RƏSMİ

14:19 - 10 Yanvar 2024

İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Leypziq"dən Timo Verneri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu alman forvardı mövsümün sonuna kimi icarəyə götürüb. "Tottenhem" 17 milyon avro ödəyərək 27 yaşlı hücumçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Timo Verner cari mövsümdə "Leypziq"in heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti