İngiltərənin "Tottenhem" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Cenoa"dan Radu Draquşini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Tottenhem" rumıniyalı mərkəz müdafiəçisi ilə 2023-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Premyer Liqa təmsilçisi bu keçid üçün İtaliya klubuna 25+5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Cenoa" 2022-ci ilin yayında "Yuventus"dan transfer etmişdi. 21 yaşlı futbolçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi