Türkiyənin "Qalatasaray" klubu "Cenoa"ya icarəyə verdiyi Berkan Kutlunu geri qaytarıb.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Sarı-qırmızılar" 25 yaşlı yarımmüdafiəçini vaxtından əvvəl qaytarıb.
Qeyd edək ki, Berkan Kutlu 2023-cü ilin avqust ayında bir mövsümlük "Cenoa"ya icarəyə verilmişdi. Türkiyə millisinin üzvü İtaliya təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi