Dortmund "Borussiya"sı müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Almaniya klubu "Çelsi"dən İan Maatseni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı sol cinah müdafiəçisi 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında "Borussiya"da keçirəcək.
Qeyd edək ki, "Çelsi" İan Maatseni 2018-ci ilin yayında PSV-nin akademiyasından transfer edib. Niderland U-21 millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi