"Beşiktaş" İngiltərə klubunun təklifini qəbul etmədi

12:49 - 13 Yanvar 2024

"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 18 yaşlı futbolçunun xidmətində "Vulverhempton" maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İngiltərə klubu gənc forvard üçün "Beşiktaş"a rəsmi təklif göndərib. Lakin "qara qartallar" bu təklifi qəbul etməyib. "Vulverhempton"un yenidən Türkiyə klubuna müraciət edəcəyi bildirilir.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti