"Mançester Yunayted"dən 18 yaşlı futbolçu üçün 50 milyon avroluq təklif

14:26 - 13 Yanvar 2024

"Mançester Yunayted" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Antverpen"də çıxış edən Artur Vermeereni rənglərinə bağlamaq istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

"Qırmızı şeytanlar" 18 yaşlı oyunçu üçün yayda Belçika klubuna bonuslarla birlikdə 50 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Artur Vermeeren "Antverpen"in yetirməsidir. Belçikalı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti