"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeş Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun xidmətində "Liverpul" və "Çelsi" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Hər iki klubu Gimaraeş üçün "sağsağanlar"a təklif göndərəcək.
Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvar ayında "Lion"dan transfer edib. 26 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi