"Beşiktaş" fransalı müdafiəçini icarəyə verdi

18:06 - 15 Yanvar 2024

"Beşiktaş"ın müdafiəçisi Valentin Rozyer karyerasını Fransad davam etdirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçunu "Nitsa"ya icarəyə verib. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Fransalı sağ cinah müdafiəçisi 2023/2024 mövsümünün ikinci yarısını Liqa 1 təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Beşiktaş" rəhbərliyinin qərarı ilə Valentin Rozyer əsas komandadan uzaqlaşdırılıb.

Xəbər xətti